Azərbaycanda məktəb direktoru faciəli şəkildə ÖLDÜ (YENİLƏNİB)
20-01-2022, 15:50
126

Azərbaycanda məktəb direktoru faciəli şəkildə ÖLDÜ (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə "Mercedes”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.az-ın əldə etdiyi məlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.
*** 15:07
Qax rayonunda avtomobillər toqquşub, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”də olan sərnişinlər - rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər