Məcburi köçkünlərin yaşadığı evlərdə yanğın olub
21-01-2022, 13:07
134

Məcburi köçkünlərin yaşadığı evlərdə yanğın olub

Bakıda məcburi köçkünlərin yaşadığı evlərdə yanğın baş verib.

FHN xəbər verir ki, Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər yanıb.

Yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxşar xəbərlər