Keçmiş deputat Eldar Mahmudova ŞİRKƏT AÇIR? - Ortada yetərincə şübhələr var...
22-01-2022, 10:56
133

Keçmiş deputat Eldar Mahmudova ŞİRKƏT AÇIR? - Ortada yetərincə şübhələr var...

 Hal-hazırda barəsində hüquqi araşdırma aparılan keçmiş deputat Nəriman Əliyevin yeni şirkətləri üzə çıxıb. DİA.AZ xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "Facebook" səhifəsində yazıb:

"Köhnə MTN-nin, hazırki DTX-nin akademiyasının yaxınlığındakı 50 sot boş ərazini zəbt edərək oradakı ağacları qanunsuz kəsdirdiyinə görə şirkəti ilə bağlı cinayət işi qaldırılan keçmiş deputat Nəriman Əliyevin şirkətləri:

- "AVROSET" Məhdud Məsuliyyətli Cəmiyyəti (oğlu İsmayıl Əliyevin adına rəsmiləşdirilib, MMC-nin paytaxtın bir neçə yerində servis mərkəzləri fəaliyyət göstərir)

- "V.B.P." Məhdud Məsuliyyətli Cəmiyyəti (AVROSET MMC ilə eyni hüquqi ünvanda - BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, KEÇİD 1410 6 MKR, ev 15/2, m. 69-da qeydiyyatdan keçib)

- "VIP AUTO" Məhdud Məsuliyyətli Cəmiyyəti (Bacısı oğlu ƏFQAN ABDULLAYEV ARİF oğlunun adına)

- "MAGIC MOTORS" Məhdud Məsuliyyətli Cəmiyyəti (Bacısı oğlu ƏFQAN ABDULLAYEV ARİF oğlunun adına)

- "ŞTUTQART" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Təsisçisi NƏRİMAN ƏLİYEV ƏLİBALA OĞLU)

- "SƏDA MOTORS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (qaynı ARİF ABDULLAYEV MƏMMƏD oğlunun adına)

- Rusiyada daha iki şirkət ((qaynı ARİF ABDULLAYEV MƏMMƏD oğlunun adına)"

Keçmiş deputat  Eldar Mahmudova ŞİRKƏT AÇIR?
Keçmiş deputat  Eldar Mahmudova ŞİRKƏT AÇIR?
Keçmiş deputat  Eldar Mahmudova ŞİRKƏT AÇIR?

DİA.AZ bildirir ki, Nəriman Əliyevin adı bu vaxta qədər yerli KİV-də sabiq MT şefi Eldar Mahmudovla qoşa çəkilib və elə bu səbəbdən də hazırda özünə biznes qurması kimsəni heyrtələndirməli olmayan Nəriman Əliyevin istənilən addımı ictimai maraq doğurur. Yəni ortada bir şübhə var və ona görə də yerli KİV-də Nəriman Əliyevə aid olan biznes şəbəkəsi haqlı olaraq Eldar Mahmudovun şəbəkəsi kimi ehtiva olunur.

Oxşar xəbərlər