Rusiya səfirliyi yaxınlığındakı yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
22-01-2022, 14:00
128

Rusiya səfirliyi yaxınlığındakı yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Bakıda yarımtikilidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın Ceyhun Səlimov küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.
FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.
*** 13:10
Bu dəqiqələrdə Bakıdakı Rusiya səfirliyinin yaxınlığında yerləşən yarımtikilidə güclü yanğın başlayıb.
Bu barədə video sosial şəbəkələrdə yayılıb.
Ətraflı məlumat veriləcək!


Oxşar xəbərlər