Azad olunan ərazilərdə 3 gömrük postu quruldu (ADLAR)
26-01-2022, 10:12
1 447

Azad olunan ərazilərdə 3 gömrük postu quruldu (ADLAR)

İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün postlar yaradılıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitterdə paylaşım edib.
"İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində "Qubadlı”, Zəngilan rayonu ərazisində "Qazançı” və Füzuli rayonu ərazisində isə "Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib”.

Oxşar xəbərlər