Beynəlxalq Bank vətəndaşı ƏLDƏN SALIB - "Heç olmasa utanırsınızmı?.."
26-01-2022, 10:47
1 465

Beynəlxalq Bank vətəndaşı ƏLDƏN SALIB - "Heç olmasa utanırsınızmı?.."

 "Şikayətim Beynəlxalq Bankdandır amma hardan başlayım bilmirəm. Azərbaycan dilini A0 səviyyəsində danışan işçilərindənmi, gündə 4-5 dəfə error verən mobil tətbiqlərindənmi, yavaş hərəkət edən növbə sistemindənmi... Mən bu qədər səriştəsiz, hörmətsiz xidmət görməmişəm Azərbaycanda. Azərbaycan səviyyəsinin də 2-3 pillə altında fəaliyyət göstərirlər. Bir az uzun şikayət olacaq amma kimlərəsə fayda verə bilmə ehtimalına görə bölüşürəm". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elmir Abbasoğlu adlı istifadəçi giley edir.

Beynəlxalq Bank vətəndaşı ƏLDƏN SALIB

Daha sonra narazı vətəndaş yazır: "Şəxsiyyət vəsiqəmi itirdiyim üçün ASAN Xidmətə müraciət etmişdim, yenisini almaq üçün. Həmin müddətdə Beynəlxaq Bank hesabımdan pul götürmək istədim, şəxsiyyət vəsiqəm olmadığı üçün vermədilər. Nə ümumvətəndaş pasportumu, nə də şəxsiyyətimi təsdiq edən digər sənədləri qəbul etdilər. Şəxsiyyət vəsiqəm hazır olana kimi şəxsi hesabımda olan pula toxuna bilməyəcəyimi dedilər mənə. IQ dərəcəsinin biraz yuxarı olduğunu düşündüyüm bir əməkdaşları sağ olsun, kömək etməyə çalışdı. Maksimum edə biləcəyi şeyin hesabımdan xaric etmək istədiyim pulu maaş kartıma transfer etmək olduğunu dedi. Razılaşdım. Çəkmək istədiyim miqdar maaş kartıma transfer edildi. Axşam maaş kartından təsadüfən istifadə etmək istəyəndə gördüm ki, kartım bloklanıb. Həftə sonu olduğu üçün növbəti iş gününü gözləməli oldum. Bazar ertəsi günü mənə bildirildi ki, cümə gününün əməliyyatları audit olunub, mənim əməliyyatımda ŞV olmadığı üçün kartıma blok qoyulub. Yəqin ki, işçini də incidiblər. Nəinki transfer edilən pulu, hətta maaş kartımda transferdən əvvəl olan miqdarı da bloklamışdılar. Üzrxahlıq filan etmədən, o miqdar üçün bloku aça biləcəklərini, qalan miqdarı götürə bilməyim üçün isə ŞV təqdim etməli olduğumu dedilər. Biabırçılıq.
Valyuta hesabından online transfer edəndə başqa kursla edilir. Bunu da mərkəzi bankın qərarı ilə açıqlamağa çalışırlar. Öz valyuta hesabımdan pul transfer etmək üçün əvvəlcə hansısa cari hesaba, cari hesabdan da kart hesabına köçürmə etməliyəm. Təbii ki, aşağı kursla. Cari hesablarımın birində kredit ödənişim olduğu üçün o hesabdan məxaricə blok qoymuşdular, qanunsuz şəkildə. Banka yaxınlaşmalı oldum. Öz pulumu çəkmək üçün dörd beş fərqli yerdən icazə almalı oldular. Hələ üstəlik komissiya ödənişi tələb etdilər. Utanmazcasına. Siz kimsiniz ki, mənim hesabıma blok qoyursunuz dedim. Azərbaycan dilini A0 səviyyəsində danışan əməkdaşları mənə vəziyyəti izah edə bilmədi. Online əməliyyat belə rəzil bir durumda olduğu üçün banka yaxınlaşıb nəğd şəkildə öz pulunu götürmək istəyəndə 1 saat növbə gözləməli, sənəd təqdim etməli, 7-8 fərqli kağıza imza atmalısan.
İş yerimi dəyişəndə məni qeyri-rəsmi şəkildə ofislərinə çağırıb mövcud olan kreditimi bağlamalı olduğumu dedilər. Buna hüququnuz yoxdur axı, aylıq şəkildə ödəniş edirəm dedim, biz zatən tələb etmirik, xahiş edirik dedi xanım. "Heç olmasa utanırsınızmı" dedim, cavab ala bilmədim.
Online müraciətlərə də gec baxılır. Məcbursan ofislərinə yaxınlaşasan. Ərizə yazasan. Xahiş edəsən.
Ölkənin ən önəmli banklarından biri bu cür fəaliyyət göstərir.
Təklif və şikayət qutusuna başıma açdıqları oyunlar barədə yazdım, məcbur qalmadıqca bir daha heç bir halda bu bankla əməkdaşlıq etməyəcəyimi dedim. Bir həftədən çox keçib üzərindən, hələ ki, kiçik də olsa bir üzrxahlıq mesajı atmayıblar.
Müştərilərə bu cür hörmətsizlik, bu cür keyfiyyətsiz xidmət olmaz, olmamalıdır.
Xidmət gözləyirsinizsə bu banka yaxın getməyin.
Dəfələrlə müraciət edib müraciətinə cavab ala bilməmiş bir müştəri və vətəndaş olaraq bu şikayətimin əsas məqsədi başqa müştərilərin zərər çəkməsinin mümkün qədər qarşısıını almaqdır".

Oxşar xəbərlər