Bakı bulvarında sərxoş kişi dənizə düşdü
26-01-2022, 11:22
1 733

Bakı bulvarında sərxoş kişi dənizə düşdü

Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib. 
Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.

Oxşar xəbərlər