“Meliorasiya”nın sədr müavini Zakir Quliyevin daş-qum-çınqıl karxanalarında nələr baş verir ? - ZAKİR QULİYEVİN HƏBSİ QAÇILMAZDIR…
26-01-2022, 18:47
6 860

“Meliorasiya”nın sədr müavini Zakir Quliyevin daş-qum-çınqıl karxanalarında nələr baş verir ? - ZAKİR QULİYEVİN HƏBSİ QAÇILMAZDIR…

Sovet dövründə  “Kirpi”  jurnalında məmurla bağlı 1-2 cümlə tənqidi yazı gedən kimi onu məhşər ayağına çəkirdilər… 

Karxanada ölən fəhlələrlə  bağlı niyə cinayət işi açılmayıb?

Zakir Quliyevin daş-qum-çınqıl karxanaları vergidən nə qədər yayınır ? 

Zakir Quliyev  xalası oğlu Elman Nuriyevi  Sabirabada icra başçısı qoydurmaq istəyir…


Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bu yazılanları oxumur ? 
Bu adam, yəni Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini  Zakir Quliyev barəsində ölkə mətbuatında nələr yazılmayıb və nələr yazılmır…
Bəyənmədiyimiz sovet dövründə  KİRPİ  jurnalında hansısa məmur barədə 1-2 cümlə tənqidi yazı çıxan kimi hüquq-mühafizə orqanların həmin məmuru məhşər ayağına çəkirdilər…
Bəs yaxşı niyə  bir nəfər Zakir Quliyevi çağırıb soruşmur ki, haqqında yazılanlarla bağlı  ya açıqlama ver, ya da…
Doğrudan da, paradoksal haldır. 
Biz yenə Zakir Quliyev barəsində yazmağa davam edəcəyik. Nə qədər ki, o qanun qarşısında cavab verməyib. 
Ən dəhşətlisi bilirsiniz nədir ?
Bu adam Allahın gözəl neməti olan suyu korrupsiyaya bulaşdırıb,  suyun hesabına milyonlar qazanıb və s. 
Bütün bunlar ona azlıq edirmiş kimi, Azərbaycan təbiətini də  xaraba günə qoyub. 
Belə ki,  Zakir Quliyevin  Sabirabadda  daş-qum-çınqıl  karxanaları gecə-gündüz işləyir, bu adam təpələri sökür, dağların zirvələrini dağıdır, təbiəti məhv edir ki, milyonlar qazansın. 
Görəsən bu adama sudan qazandığı milyonlar azlıq edir ? 
Yaxşı, bu adamın tamahını anladıq. 
Bəs  o boyda Ekologiya  nazirliyi  niyə səsini çıxartmır ? 
Demir ki, ay adam təbiəti belə zorlamaq olmaz. 
Bəs Vergilər  Nazirliyi niyə   Zakir Quliyevdən soruşmur ki, bu boyda daş-çınqıl-qum karxanalarından ayda milyonlar qazanırsan, bəs dövlətə nə qədər vergi ödəyirsən ? 
Məəttəl qalmalıdır ki,  bu dövlət qurumları  sanki Zakirə söz deyə bilmirlər. 
Yaxşı, vergini, ekologiyanı başa düşdük. Bəs Prokurorluq orqanları niyə  Zakir Quliyevə deyə bilmir ki, daş karxananda qəza oldu, 6 fəhlə faciəli duruma düşdü, ölən oldu…
Deməli, bu boyda cinayət əməli ilə bağlı hətta cinayət işi də açılmayıb. 
Zakir Quliyev Kəmaləddin Heydərovun adından istifadə edərək  Zəngənə kəndi  ətrafında xeyli sayda balıq vətəgələri açıb, milyonlar qazanır. Hər yerdə də deyir ki, mənim deyil, Kəmaləddin Heydərovundur. 
Bəli, balıq vətəgələrinə verilən su ilə  bir neçə kəndi təmin etmək olar. 
Sonra da Prezidentə yalan məlumat verirlər ki, su itkisi 40-50 faizdir. 
Heç  orta əsrlərdə  texnikanın, müasir avadanlıqların olmadığı dövrdə  40-50 faiz su itkisi ola bilməzdi. 
Bu adamın özünün və deputat olan qardaşı  Elçin Quliyevin Fətullah Gülən tərəfdarı olmasından nə qədər yazılır. 
İnstitut  müəllimi olan FETÖ-çünü  daş-qalaq edirsiniz, amma  Zakirə və qardaşına söz  deyən də yoxdur. 
Bu adam  Meliorasiya sistemini  ailə şirkətinə çevirib.
Zakir Quliyev,  Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri vəzifəsindən çıxıb  ASC-yə müavin gələndə  xalsı oğlu  Elman Nuriyevi öz yerinə təyin etdi, elə bil özlərinin şirkətidir. 
Bu adamdan soruşan yoxdur ki, Cavad yolunun üstündə ki  ŞAMLIQ  şadlıq  sarayı, Çuxuryurddakı qoşa  villalar, Sabirabadda, Cavadda, Bakıda evlərin, obyektlərin, rayondakı fermaların, qoyun sürülərin, balıq vətəgələrin hansı pulla alınıb, Zakir Quliyev ? 
Zakir Quliyev, bu günləri qul-beçələrindən bir neçə nəfər redaksiyamıza zəng vurublar. İşçimizi təhdid ediblər. Deyiblər ki, sən şəhid ailələrinə yardım edirsən. Şəhid ailələrinə yardım etmək hər birimizin borcudur. Amma sən deyəsən həm də reket dəstəsi saxlayırsan. Yadındadır, Pənah Hüseynovu evində gizlədib saxladığın vaxtlar. Həmin reket dəstəsinin üzvülərindən biri Fuad Abbasovdur. Olsun!!! Növbəti yazımızda bu haqda bəhs edəcəyik. 
Zakir Quliyev indi də  xalası oğlu Elman Nuriyevi  Sabirabada icra başçısı qoydurmaq istəyir…
Həə, deyəsən, çatdıq. 
Deməli, Zakir Quliyev Prezidentin də səlahiyyətlərinə müdaxilə etmək istəyir. 
Allah adamın əvvəl ağlını, sonra canını alır, Zakir Quliyev…
P.S. Görəsən, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bu yazılanları oxumur?
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/






Oxşar xəbərlər