Zaur Mikayılovun nəzərinə DAHA BİR FAKT: - İLGİNC İDDİA
27-01-2022, 15:24
7 040

Zaur Mikayılovun nəzərinə DAHA BİR FAKT: - İLGİNC İDDİA

Şəki Suvarma Sistemləri İdərəsində özbaşınalıqla bağlı az əvvəl məlumat vermişdik:

Əhmədzadənin kadrı Şəkidə MEYDAN SULAYIR - İTTİHAM

İndi isə DİA.AZ-a bu qurumla, daha dəqiqi, Şəki Suvarma Sistemləri İdərəsi və onun rəhbərliyi ilə bağlı yeni informasiyalar daxil olub.

Həmin açıqlamada deyilir:

"Şəki Suvarma Sistemləri İdərəsinin rəisi Əhmədli Sabir idarənin bütün texnikalarını arendaya verir. Aylıq hər bir texnikadan 3000 manat haqq alır. Texnikalardan birini Vüsal Məmmədəliyevə həvalə edib.

Vüsal Məmmədəliyev Əhmədli Sabirin göstərişi ilə idarənin balansında olan texnikalardan birini götürüb aylıq 3000 manat haqq verməklə özü üçün işlədir.

Xahiş edirik hüquq mühafizə orqanları Əhmədli Sabir haqqında tədbir götürsün.

Əkin sahələrinə bostanlara pulsuz su vermir. Hətta Şəkinin Dəhnə kənd sakinləri bu yaxınlarda Əhmədli Sabirin yanına gəldikdə idarədən qaçıb.

Xahiş edirik ciddi tədbirlər görün. Deyəsən, Zaur Mikayılovun gücü çatmır... Ona görə umidimiz ancaq hüquq-mühafizə orqanlarınadır".

Oxşar xəbərlər