NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ
27-01-2022, 17:55
6 551

NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ

 Ölkə mediasında və sosial şəbəkələrdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı korrupsiya əməlləri barədə xəbərlər artmaqdadır. Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub. Az əvvəl DİA.AZ olaraq gununsesi.info-ya istinadən xəbər vermişdik ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.

NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki...

Bu barədə açıqlama verən ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, 1000 nəfərin imzasıyla Prezidentə, Baş Prokurora və DTX rəisinə rəsmi şikayət göndərilib:

“Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə 1000 nəfərin imzası ilə şikayət göndərildi. Xahiş etmişik ki, bu əməllərdə qanun pozuntuları olub-olmaması araşdırılsın. Tarix üçün biz vətəndaş olaraq öz müraciətimizi etdik. Onların cavablarını gözləyək”.

DİA.AZ bildirir ki, əslində Sahil Babayevə təkcə qeyd olunan deyil, digər yetərincə faktlar da var ki həmin səbəblərdən ittiham oxunması mümkündür. Amma realda mənzərə tamam fərqlidir və biz də öz növbəmizdə həmin "fərqli mənzərə"nin konturlarını üzə çıxara bilməmiz üçün müəyyən araşdırma apardıq. Yəni burada söhbət Sahil Babayevə cinayət işinin açılıb-açılmamasından gedir.

Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mənbə bildirdi ki, bu kimi təşəbbüs və iddialar ilk başdan olduqcə təsrisiz xarakterə malikdir:

Təkcə ona görə yox ki Sahil Babayev nazirdir. Həm də ona görə ki Sahil Babayev sıradan bir nazir deyil. Əslində baş nazir statusunda olan Mikayıl Cabbarov tərəfindən himayə olunan və ciddi-cəhdlə qorunan Sahil Babayev "yuxarılara" elə bir "məcməyi"də təqdim olunub ki, onu hətta oğurluq üstündə tutsalar belə, barəsində ölçü götürülməz.

Bu gün Sahil Babayev o nazirlərdəndir ki, onunla bağlı perspektiv planlar mövcuddur. Ona görə də Sahil Babayevdən gətirilən sitatlar hətta ən ali siyasi iradənin dilindən belə səsləndirilməkdədir ki, bütün bunları da təsadüfi qəbul etmək olmaz".

Mənbə iddia edir ki, Sahil Babayevin barəsində yalnız o halda cinayət işi açıla bilər ki, hansısa siyasi xətaya yol versin: "İqtisadi müstəvidə onun ayıbları qeyd etdiyimiz himayədarları tərəfindən ört-basdır edilir. Siyasi xətalara gəlincə isə, Sahil Babayev ümumiyyətlə, bu mövzuda mövcud deyil. Əslində Shal Babayev xarakter olaraq dövlət işində mövcud olmamalı fiqurlardandır. Sadəcə olaraq üzünə gülən şansın tanıdğı atmocferdədir".

"Bir sözlə, Sahil Babayevə cinayət işinin açılmasını kimsə ağlına gətirməsin" deyən mənbə onu da əlavə etdi ki, amma ondan fərqli olaraq digər yeni nazirlər barəsində ölçü götürülə bilər...

Bu barədə növbəti yazımızda. Bizi izləməkdə davam edin.

Oxşar xəbərlər