Cəmiyyət
28-01-2022, 13:11
1 659
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlandı
2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 milyon manat güzəştli kreditin ayrılması nəzərdə tutulub.
Bunu Fondun İdarə heyəti sədri vəzifələrini icra edən Osman Xaliyev 2021-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.
"2021-ci iliin əvvəlində Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti üzrə strateji plan təsdiqlənib.
Bu plan 2021-2023-cü illəri əhatə edir. 2021-ci ildə strateji plan üzrə bir sıra istiqamətlər üzrə işlər görülüb.
Bu institusional bazanın gücləndirilməsi, hesabatlılığın təkmilləşdirilməsi, korporativ dayanıqlılıq və elektronlaşmanın tətbiqini özündə əks etdirir. 2022-ci il üçün strateji plana uyğun fəaliyyətin davam etdirilməsi nəzərdə tutlub. Burada elektronlaşmanın tətbiqi üzrə işlərin davam etdirilməsi, eyni zamanda institusional bazanın gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - deyə o bildirib.