Cəmiyyət
28-01-2022, 13:13
1 654
Deputat: Azərbaycanda sutka ərzində koronavirusa yoluxanların sayı həyəcan təbili çalmağa əsas verir
Heç kimə sirr deyil ki, bu gün dünya ölkələri üçün bir nömrəli problem koronavirus pandemiyasıdır. O da təsadüfi deyil ki, bir çox ekspertlər haqlı olaraq koronavirus pandemiyası ilə mübarizəni üçüncü dünya müharibəsinə bənzədirlər. Söyləyirlər ki, artıq beş milyondan çox insanın həyatına son qoymuş pandemiya, sözün həqiqi mənasında, elə üçüncü dünya müharibəsidir. Bu reallıqda o da diqqətdən yayınmır ki, koronavirus özü ilə yeni-yeni ştamları yaradır. Bir formasına qarşı mübarizə effekt verdiyi təqdirdə, digər ştamları üzə çıxır. İndi dünya koronavirusun “omikron” ştamı ilə üz-üzə qalıb. Bu ştam özünün genetik xüsusiyyətləri baxımından çox sürətli yayılmaq qabiliyyətinə malikdir. Ən pisi də odur ki, uşaqlar arasında da çox geniş yayıla bilir. Əvvəlki ştamlarda belə hala daha az rast gəlinirdi. Bununla bağlı statistik rəqəmlər də ürəkaçan deyil.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Rusiyada son iki həftə ərzində uşaqlar arasında yoluxma 14 dəfə artıb. Oxşar vəziyyət Fransa, Ruminiya və Avropanın digər ölkələrində də var. Bu ştam çox sürətlə yayılır və çox ciddi fəsadlara səbəb olur. Azərbaycanda da məhz “omikron” ştamının geniş yayıldığı, sutka ərzində koronavirusa yoluxanların sayının üç mini keçdiyi artıq bir həqiqətdir. Bu, həyəcan təbili çalmağa əsas verir. Yoluxmanın sayının kəskin şəkildə artması həyəcan təbili kimi qəbul edilməlidir. İndiki reallıqda ən düzgün mübarizə üsulu vaksinasiya prosesi, buna biganə qalmamaqdır. “Buster” dozanın tətbiqi hava-su kimi zəruridir.
“Məsələ bundadır ki, bəzi insanlar sona qədər gözləmə mövqeyi tuturlar. Görəndəki artıq müvafiq sertifikatın alınması zəruridir, bunsuz mümkün deyil, kütləvi şəkildə poliklinikalara üz tuturlar ki, virus əleyhinə vaksinasiya prosesində iştirak etsinlər. Bu isə növbələrin əmələ gəlməsinə səbəb olur, problemlərin yaranmasını şərtləndirir. Ona görə də “buster” dozasının vurulması olduqca vacibdir və bunu gözləmək lazım deyil. Hər bir şəxs bu andan, dəqiqədən başlayaraq hərəkətə keçməli, müvafiq poliklinikalara yaxınlaşaraq “buster” dozasından istifadə etməlidir. Bu, yeganə nicat yoludur. İndiki halda bu addımı yubatmaq, təxirə salmaq daha ciddi fəsadlara gətirib çıxara bilər”, - deyə Milli Məclisin deputatı qeyd edib.