Cəmiyyət
29-01-2022, 18:41
16 975
Bakı ayısının "mentaliteti": Qarşısına atılan azyaşlı qıza toxunmadı
Daşkənddə bir qadın azyaşlı qızı ayının qəfəsinə atıb.
Bu barədə şəhər zooparkının mətbuat xidməti məlumat yayıb.
Hadisə yanvarın 28-də heyvanxana ziyarətçilərinin gözü qarşısında baş verib.
Xoşbəxtlikdən yırtıcı sadəcə körpəni iyləyərək çıxıb gedib. Zooparkın işçiləri uşağı xilas edə biliblər.
Qeyd edək ki, Zuzu ləqəbli ayı 2017-ci ildə Bakı zooparkından Özbəkistanın paytaxtına aparılıb. Bir çoxları vəhşi heyvanın azyaşlıya toxunmamasını, yarızarafat-yarıgerçək məhz "qafqaz mentaliteti", əsl qafqazlıların aqressiv deyil, rəhimli olması ilə izah ediblər.
Onu da bildirək ki, qəfəsə atılan qız yalnız hündürlükdən yıxılma nəticəsində əzilmə xəsarətləri alıb. Qadının hərəkətinin səbəbləri barədə isə məlumat verilməyib.