"JEK" işçisindən özbaşınalıq: Stadionun qapısını bağladı... - VİDEO
29-01-2022, 12:58
16 050

"JEK" işçisindən özbaşınalıq: Stadionun qapısını bağladı... - VİDEO

Bakının Əhməd Cavad küçəsində yerləşən mini stadiona girişə qadağa qoyulub. 
Fanat.Az-a daxil olan məlumata görə, uşaqların futbol oynaması üçün nəzərdə tutulmuş meydançanı "JEK" işçisi "özəlləşdirib". 

Belə ki, səhər 10:00-dan 20:00-a kimi açıq olması gərəkən meydançanın qapısını qurum nümayəndəsi açarla bağlayıb.
Bu gün ərazidə yaşayan sakinlər ilə "JEK" işçisi arasında mübahisə yaranıb. Həmin şəxsin valideynlərə son sözü belə olub: "Ürəyim nə vaxt istəsə, o zaman açacağam". 

Oxşar xəbərlər