"Kontakt Home"da müştərini ələ salırlar? - GİLEY
31-01-2022, 10:50
1 569

"Kontakt Home"da müştərini ələ salırlar? - GİLEY

"Şikayətim "Kontakt Home" şəbəkəsindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ayfün Nəcəfova adlı istifadəçi qeyd edib.

"Kontakt Home"da müştərini ələ salırlar?

Dia.az olaraq narazı vətəndaşın yazdıqlarını iolduğu kimi təqdim edirik: "Dekabr ayında qabyuyan almışıq amma yaxşı qurutmurdu ve maşının içində,qabların üzərində su qalırdı.Servisə aparıldı ve nəticəyə gəldilərki qabyuyanın içində su qalmağı normal haldır,hec bir nasazlığı yoxdur.Mən anlamıramki qabyuyanın içində su qalması,səbətlərinin üstündən su tökülməsi necə normal haldır.Bu bir yana servisə aparılarkən qutuda paketlənmiş,sənədləri,aksesuarları ilə birgə,zədəsiz yeni halda aparılıb.Hər bir nöqtəsinə diqqətlə baxılıb aparılıb,amma gətirdiklərində zədəli ,bərbad halda,qutusuz,sənədsiz gətiriblər.Təhvil verib getdikdən sonra diqqətlə baxmışamki ekranında çat,qapının aşağısı kəsik,arxasında deşiklər,böyründə cızıqlar,sürtünmələr var.Dünən (29 yanvar)kontaktın ustası gəlib baxıb deyirki ekrandakı çat elə belə şeydi,kesik zavoddan olan şeydi,maşının işləməyinə hec bir problem yaradmır.Siz təhvil alanda baxardız.Deməli mən bu qədər pul verib bunların səhvi ucbatından zədəli maşın işlətməliyəm.1 ayın qabyuyanını zədələyib gətiriblər.İndidə müştərini səhv çıxarırlar.Xahiş edirəm şikayətimə baxılsın ya yeni məhsul verilsin yada geri qaytarılsın.Mən min manata yaxın pul verib zədəli maşın işlətməliyəm?! Səhvlərini də heç cür qəbul etmirlər.Müştərini günahlandırırlar.2 aya yaxındır mənim vaxtımı alıb ,əsəblərimi korlayırlar".

Qeyd edək ki, şikayətçi dediklərinin sübutu kimi fotolar da təqdim edib:

Oxşar xəbərlər