Hafiz Məmmədov ev dustaqlığına BURAXILDI
31-01-2022, 16:42
6 702

Hafiz Məmmədov ev dustaqlığına BURAXILDI

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə H. Məmmədovun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər