Cəmiyyət
31-01-2022, 17:45
6 505
Hər səhər ayaq altına atılan çörək
Bakıda yerləşən marketlərdən birinin qarşısında xoşagəlməz hal yaşanıb. Belə ki, əhalinin böyük əksəriyyətinin gündəlik qida rasiyonun əhəmiyyətli hissəsini təşkil edən çörək yerə qoyulub.
Hadisə Xətai rayonu, NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən marketlərin birində qeydə alınıb.
Həmin ərazidə yaşayan sakinlər bildirir ki, proses demək olar hər səhər təkrarən yaşanır:
"Çörəkləri erkən saatlarda paylayırlar. Mağaza həmin vaxt bağlı olduğu üçün çörəkləri belə yerə qoyub gedirlər. Pandemiya dövründə çörəyin üstü açıq şəkildə bu cür qoyulması nə dərəcədə doğrudur? Biz gördüyümüz kimi, ərazi polisləri də, icra nümayəndələri də, həmçinin marketi gəlib açan şəxs də hər səhər bu mənzərəni görür. Lakin heç bir tədbir görülmür”./oxu