Kasıb ailənin evinə ayaqqabı ilə girən deputat üzərində sərvət daşıyır - Maşın qiymətinə olan saat, dəbdəbəli geyimlər (FOTOLAR)
2-02-2022, 11:59
1 519

Kasıb ailənin evinə ayaqqabı ilə girən deputat üzərində sərvət daşıyır - Maşın qiymətinə olan saat, dəbdəbəli geyimlər (FOTOLAR)

Millət vəkili Könül Nurullayeva dəbdəbəli geyimləri  və aksesuarları ilə diqqət çəkir. 
32gun.az xəbər verir ki, xanım deputat məşhur brendlərə məxsus geyimlərinə və aksesuarlarına minlərlə dollar xərcləməkdən çəkinmir.  
Könül Nurullayevanın qarderobunda  Fransanın "Balmain" (Pierre Balmain), Amerikanın "Tory Burch" ,"Elisabetta Franchi" ilə yanaşı "Gucci" "Chanel" kimi brendlərin məhsulları olduğu bildirilir. 
Həmin geyimlərin qiməti minlərlə dollara bərabərdir. 
Fransanın "Elisabetta Franchi" brendinə məxsus klasik blazer modellərin qiyməti 1500 dollar ilə 5000 dollar arasında dəyişir. 
"Gucci" firmasına məxsus qara dəri kəmərin qiyməti isə 1000 dolar cə 1200 dollar dəyəri arasında dəyişir.  
Deputatın aksesuarları arasında Tiffany & Co" brendinə məxsus dəyəri 16 min dollar olar qızıl qolbaq, dəyəri 10 min dollar olar qızıl saatı da var.  
Eləcə də  məşhur Tissot", "Cartier"  kimi saatları da mövcuddur. 
Bildirək ki, K.Nurullayevanın  qarderobundakı "Tory Burch" brendinə məxsus paltarın eynisini "Miss Polonia" 2012-nin qalibi, dünyaca məşhur model Paulina Krupinska da geyinib. O zaman həmin paltarın qiymətinin 3 min Polşa Zlotası (təxm: 1251 AZN) olduğu yazılmışdı. 
Xatırladaq ki, kasıb ailəyə yardım aparan xanım deputat ailənin yaşadığı evə ayaqqabı ilə daxil olmuşdu, bu da mətbuatda gündəm yaratmışdı. 

  • Kasıb ailənin evinə ayaqqabı ilə girən deputat üzərində sərvət daşıyır- Maşın qiymətinə olan saat, dəbdəbəli geyimlər (FOTOLAR)

Oxşar xəbərlər