Cəmiyyət
3-02-2022, 12:39
1 963
Məşhur şirkət Vergilər Xidmətini məhkəməyə verdi
Azərbaycanın tanınmış şirkətlərindən olan “Ayan” MMC Vergilər Nazirliyinin (Xidmətinin) Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, “Ayan” MMC-nin Vergilər Xidmətinə qarşı qaldırdığı iddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Aytən Oruczadənin sədrliyilə baxılacaq.
Məhkəmə iddiasının vergi məsələlərilə bağlı qaldırıldığı qeyd olunur.
Məlumat üçün bildirək ki, “Ayan” MMC 28.01.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 2 milyon 500 min 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı-Sumqayıt Şossesi, ev 20-ci km.”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramov Elman Qalay oğludur.
Qeyd edək ki, “Ayan” MMC “Beloçka” tumları, “Qızıl Quyu” limonadları, “Çeşmə” mineral suları və “Lion” enerji içkisinin istehsalçısıdır.