Cəmiyyət
3-02-2022, 15:41
7 312
"Sülhməramlılar dedilər ki, yük yerini açın, ermənilər baxsın"
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycana məxsus yük maşınlarının Qarabağda rus sülhməramlı kontingenti ilə yanaşı separatçıların hərbi formasını geyinən şəxslər tərəfindən də yoxlanılmasını əks etdirən kadrlar yayılıb. Kadrlar Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Videoda görünür ki, üzərində Azərbaycan telefon nömrələri və latın hərfləri ilə “Qarabağ” sözü yazılmış bir yük maşını saxlanaraq yoxlanılır. Yoxlamada sülhməramlılara məxsus formada olan iki nəfərlə yanaşı əynində Qarabağdakı separatçılara məxsus polis geyimi olan bir nəfər və hərbi formada bir neçə şəxs də iştirak edir.
Kadrlarda baxış keçirilən yük maşınının məxsus olduğu “Qarabağ” yükdaşıma şirkətinin rəhbəri Şövqi Həsənov “BBC News Azərbaycanca”ya müsahibəsində hadisəni təsdiqləyib:
“Maşını Suqovuşandan Kəlbəcərə və əksinə istiqamətdə özüm idarə etdim. Suqovuşanı keçdikdən sonra orda ermənilərin də postu var. Ruslar bizə yaxınlaşıb dedi ki, onları maşının kabininə baxmağa qoymayın, amma yük yerini açın baxsınlar” ,- Şövqi Həsənov bildirib.
Humanitar yüklərin daşınmasını həyata keçirdiklərini deyən Şövqi Həsənov Qarabağdakı “erməni polislərin” maşınların yük yerinə baxdığını deyib.
O qeyd edib ki, ənənəvi olaraq gedib-gəldikləri Murov yolu qarla örtüldüyünə görə bu yoldan istifadə ediblər.