"Anam dedi ki, get, salfet sat, pulsuz gəlmə, yoxsa..." - VİDEO
4-02-2022, 17:22
6 486

"Anam dedi ki, get, salfet sat, pulsuz gəlmə, yoxsa..." - VİDEO

“Anam məni incidirdi. Deyirdi ki, get, pul tap, gətir. Mən edə bilmədiyimi deyəndə məni vururdu. Nənəm gizli-gizli mənə pul verirdi. Deyirdim ki, guya salfet satmışam. Amma heç vaxt salfet satmamışam. Axırda dedim ki, mən polisə deyəcəyəm. Ondan sonra 1 ay anam mənə yaxşı davranmağa başladı. Harasa gedirdi, 2-3 gün sonra gəlirdi. Evə gələndə mənim istədiyim şeyləri alırdı. Bir həftə sonra yenə dedi ki, get, salfet sat və 50 manat toplamamış gəlmə evə. Gələndə də bir paket siqaret al, yoxsa səni evdən atacağam. Mən də gedib polislərə şikayət etdim”.
Bu sözləri Qadın və Uşaq Sığınacağına gətirilən azyaşlı qız deyib.
O bildirib ki, əvvəl babası onu gəzməyə aparardı:
“Hər ad günümdə maşınla gəzməyə aparırdı. Hər yeri tanıyırdım. Ona görə “Şamaxinka” adlanan ərazidəki 19-cu Polis Bölməsinə şikayət etdim. Oradakı polis dedi ki, biz “motodrom”a (Xocasən tərəf) baxmırıq. Sonra məni 40-cı bölməyə gətirdilər. Axşam orda qaldım, günorta məni sığınacağa gətirdilər. Burada yaxşıyam. Arada qardaşım üçün darıxıram. Bura gələndən mənə hər şey alıblar, hər yerə aparıblar".
Azyaşlı qardaşıyla birlikdə Almaniyaya getmək istədiyini bildirib:

Oxşar xəbərlər