Maşallah Əhmədov məhkəmədə
4-02-2022, 18:28
6 405

Maşallah Əhmədov məhkəmədə

Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədov İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsində şahid qismində iştirak edib.
Bakitv.az sportnet.az-a istinadən xəbər verir ki, keçmiş hücumçunun növbəti prosesdə ifadə verməsi nəzərdə tutulur. Proses fevralın 7-də gerçəkləşəcək.
Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci il dekabrın 14-də həbs olunub. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci il iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin il oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.
Veteran futbolçu daha əvvəl verdiyi müsahibədə Vilyam Hacıyevin ona 400 000 manat borclu olduğunu bildirib.

Oxşar xəbərlər