Aysun nişanlısı ilə tanışlığından danışdı: "5 ildir məni sevirmiş" - FOTO
5-02-2022, 10:20
11 375

Aysun nişanlısı ilə tanışlığından danışdı: "5 ildir məni sevirmiş" - FOTO

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova nişanlısı ilə tanışlığından danışıb.
İnstaqram hesabında canlı yayımında izləyicilərinin suallarını cavablandıran Aysun Eşqinlə necə tanış olduğunu açıqlayıb:
"Eşqin anamgil ilə görüşmək üçün bizim restorana gəlmişdi. Orada məni gördü və vuruldu. Sən demə onun 5 ildir ki, məndən xoşu gəlirmiş. Sonra qaynanam mənə dedi ki, "5 il əvvəl sənin videolarını mənə göstrərirdi ki, gör nə qəşəng qızdır. İkimiz də elə ilk görüşdə bir-birimizə vurulduq".
Qeyd edək ki, Aysunun nişan mərasimi bu il yanvarın 25-də Moskvada baş tutub.

Oxşar xəbərlər