Su borusu partladı, qəbiristanlığı su basdı - AÇIQLAMA
7-02-2022, 11:52
1 702

Su borusu partladı, qəbiristanlığı su basdı - AÇIQLAMA

Redaksiyamıza Suraxanı rayonu Bülbülə qəsəbəsində qəbirlərin çirkab sularla dolması ilə bağlı şikayət daxil olub.
Şikayətlə bağlı Bülbülə qəsəbəsi Bələdiyyə Sədri Natiq Həsənovla əlaqə saxladıq. 
Sədr BAKU.WS-ə açıqlamasında bildirib ki, ərazidəki sulardan nümunə götürülüb və içməli su olduğu təsdiqlənib.
Bələdiyyə sədri bildirib ki, qəbiristanlıqdan keçən içməli su borusu patlayıb və "AZƏRSU" ASC-yə hadisə ilə bağlı yazılı müraciət olunub. Həmçinin N.Həsənov qeyd edib ki, Rayon İcra Hakimiyyətində məsələyə baxılır, problem bu həftə ərzində öz həllini tapacaq.

Oxşar xəbərlər