Cəmiyyət
8-02-2022, 10:34
1 624
Evində qətlə yetirilən qadın iki uşaq anası imiş... - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonu ərazisində qətl hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, 1983-cü il təvəllüdlü Qənəət Fərmanova yaşadığı evdə öz tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Qeyd edək ki, Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. İki oğul anası marketdə satıcı işləyirmiş.