Cəmiyyət
9-02-2022, 10:11
1 708
Koronavirusa görə bağlanan “AzDrama” açıldı
İki həftə əvvəl əməkdaşları COVID-19-a yoluxduğuna görə müvəqqəti bağlanan Akademik Milli Dram Teatrı fəaliyyətini yenidən bərpa edib.
Bu barədə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, teatr fevralın 7-də açılıb: “Koronavirusa yoluxmuş əməkdaşlarımızın karantin müddəti bitib. Normal iş şəraitində davam edirik”. Zeynallı qeyd edib ki, fevralın ilk tamaşası ayın 11-də oynanılacaq.