“Al Market”lər şəbəkəsinin müdiri Tansel Tuzcunu məhkəməyə verdilər
10-02-2022, 17:05
7 108

“Al Market”lər şəbəkəsinin müdiri Tansel Tuzcunu məhkəməyə verdilər

Bakı şəhəri Nəsimi rayon Məhkəməsində “Azərsun Holdinq”ə daxil olan “Al Market” MMC-nin qanuni təmsilçisi Adem Tansel Tuzcuya qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, Adem Tansel Tuzcuya qarşı qaldırılan iddiaya hakim Elməddin Hüseynov tərəfindən baxılacaq.
Adem Tansel Tuzcu yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə ittiham olunur.
Məlumat üçün bildirək ki, Adem Tansel Tuzcu 2018-ci ildən “Azərsun Holdinq”də çalışır. Daha əvvəl Türkiyənin “Teksona”, “Şok Market” kimi aparıcı pərakəndə ticarət şəbəkələrində işləyib. 
Onu da qeyd edək ki, ötən ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti Adem Tansel Tuzcuya Azərbaycanda daimi yaşamaq üçün icazə verilməsindən imtina edib.

Oxşar xəbərlər