Deputat Ramiz Mehdiyevin YAP-dan uzaqlaşdırılmasını istədi
14-02-2022, 12:14
1 966

Deputat Ramiz Mehdiyevin YAP-dan uzaqlaşdırılmasını istədi

“Bəziləri deyir ki, vaxtilə Ramiz Mehdiyevin yanında olanlar indi onun əleyhinə danışır. Ramiz Mehdiyevin ayrı siyasi partiyası olmayıb ki. Zamanında ona edilən diqqət də məhz cənab Prezidentin Aparatının rəhbəri olduğu üçün olub”.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Məclisin üzvü Kamal Cəfərov sosial şəbəkə hesabında yazıb:
“İndi isə səhv ardına səhv edir. Bu səhvi isə sıradan bir insan yox, uzun müddət PA rəhbəri işləmiş şəxs edir. Özünün də qeyd etdiyi kimi, insan təbiəti naqisdir”.
Deputat R. Mehdiyevin YAP sıralarından çıxarılmalı olduğunu yazıb:
“YAP İdarə Heyətinin üzvü kimi hesab edirəm ki, sonuncu cavabından sonra onu partiya sıralarından da uzaqlaşdırmaq olar. Keçmiş xidmət və fəaliyyət heç kimi məsuliyyətdən azad etmir”.

Oxşar xəbərlər