Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO
15-02-2022, 23:12
8 232

Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO

Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdir.
 Bunu Trend-ə suallarını cavablandırarkən "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.
T.Abdullayev bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kV-luq xəttin çəkilməsi nəzərdə tutulur.
"Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə oradan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur”, - deyə T.Abdullayev əlavə edib.

Oxşar xəbərlər