BNA-nın Bakıda SÜRÜCÜ OVU... - Bunlarla DYP də bacarmırdı...
16-02-2022, 11:20
1 956

BNA-nın Bakıda SÜRÜCÜ OVU... - Bunlarla DYP də bacarmırdı...

Sürücü Elnur Quliyev BNA-nın ona yazdığı "dayanma-durma qadağandır" - 2078366 protokollu cəriməsindən narazıdır. DİA.AZ bildirir ki, bu barədə müraciət edən vətəndaşın iddiasına görə, həmin nişanın orada qoyulmasının qeyri-qanuni olması üzə çıxıb və cərimə yazılandan sonra nişan oradan götürülüb. Söhbət Həsən Seyidbəyli küçəsi 14 ünvanında qoyulan nişandan gedir. Sürücünün iddiasına görə, orada sol tərəfdə "dayanma-durma qadağandır" nişanı qoyulub və nişandan cəmi 20-30 metr qabaqda yol ayrıcıları mövcüddur. Sürücünün maşını saxladığı ərazi isə nişandan 100-150 metr irəlidir.

Sözügedən ərazidə avtomobilini saxlayan çoxsaylı sürücü ilə söhbət zamanı onların da bu absurd qərardan narazı olduqları üzə çıxıb. BNA-nın bu duruma aydınlıq gətirəcəyinə ümid edirik.

BNA-nın Bakıda SÜRÜCÜ OVU...
BNA-nın Bakıda SÜRÜCÜ OVU...
BNA-nın Bakıda SÜRÜCÜ OVU...
BNA-nın Bakıda SÜRÜCÜ OVU...

DİA.AZ qeyd edir ki, ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyi tərəfindən ölkə paytaxtında bu kimi süni problemlər bir neçə ünvanda təkrarlanıb. Bu haqda da yerli KİV-də davamlı xəbərlər verilib və hətta bir neçə dəfə Dövlət Yol Polisi BNA-nın məhz cərimə yaza bilməsi üçün qoyulmuş saxta qadağa nişanlarını ləğv etməli olub.

Görünəni odur ki, Vüsal Kərimov bir rəhbər olaraq BNA-ya bir biznes qurumu kimi, yol nişanlarına isə şəxsi qazanc yeri kimi baxdığından bu üsullardan istifadə edir. Əks halda onun belə addımları atmaqda nə marağı ola bilər ki?

Oxşar xəbərlər