Cəmiyyət
16-02-2022, 21:34
7 865
Ötən il 84 üçəm və 12 dördəm doğulub
2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, körpələrdən 2958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.