Bakıda üzərində marixuana şəkili olan içki satılır - VİDEO
17-02-2022, 10:39
1 835

Bakıda üzərində marixuana şəkili olan içki satılır - VİDEO

Paytaxt mağazalarının birində üzərində narkotik vasitə olan marixuananın şəkili olan içki satılır. Hətta içkinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub. Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?
"Xəzərxəbər" xəbər verir ki, görüntülər paytaxtdakı marketlərdən birində lentə alıb. Qiyməti 3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərindəki tərkibini bildiriən etiketdə vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.
Mağazadan bildirildi ki, içki dövlət qurumlarından alınan rəsmi sənədlər əsasında satışa çıxarılıb.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.
Qida ekpertləri isə bildirir ki, məhsulun üzərində narkotik tərkibli bitkinin olması istehsalda bu maddədən istifadə olunduğunu göstərir. Bu isə istehlakçıların hüququnu pozmur. Amma burda olan incə detal bu maddənin həmin məhsulun tərkibində hansı formada və hansı ölçüdə istifadə olunmasıdır.
Ekspert Fuad Ağayev bildirib ki, əgər müayinə zamanı həmin maddənin ölçüsü 0,3 faizdən çox olarsa bu bir başa həmin standartların pozulmasını və bu məhsulun psixostimulyatora aid olduğunu göstərəcək. Yox əgər tərkibdəki xaşxaşın miqdarı 0,3 faizdən aşağı olarsa bu sadəcə qida əlavəsi sinifinə aid olur və istifadəsində heç bir qadağa yoxdur. hətta bir çox ölkələrdə spirtli içkilərdən tutmuş digər qida tərkiblərində də yağ formasında xaşxaşdan istifadə olunur.
Hüquqşünaslar isə bildirirlər ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır. Bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyırlar.

Oxşar xəbərlər