Sürücülər məmurların adlarını "TIR"a yazıb, yolu bağladılar - VİDEO
17-02-2022, 10:47
1 853

Sürücülər məmurların adlarını "TIR"a yazıb, yolu bağladılar - VİDEO

Gecə saatlarından etibarən Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.
Sürücülər yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər. 
Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar:
"Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”
Bildirək ki, bu səbəbdən səhər saatlarında Heydər Əliyev prospektində böyük tıxac yaranıb. 


Oxşar xəbərlər