Hacıqabulda Ruslan Səfərov “notariat bazarı” açıb…. - Ruslan öz işindədir, kim kimədir Hacıqabulda….
17-02-2022, 11:26
1 717

Hacıqabulda Ruslan Səfərov “notariat bazarı” açıb…. - Ruslan öz işindədir, kim kimədir Hacıqabulda….

Notarius  Səfərov vətəndaşın  qanuni avtomobilini  sataraq 12 min qazanıb…avtomobil  sahibinin xəbəri yoxdur…


Yazının  ciddiliyini nəzərə alaraq   bildirək ki,  Azərbaycan  Respublikasının “Notariat haqqında”  Qanunu var. 
Azərbaycan Respublikasında notariat dedikdə bu Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.
Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.
Qanunu uzun-uzadı  yazıb oxucunu yormaq istəmirik. 
Ancaq  bircə  onu bilək ki, notariat hərəkətləri  DÖVLƏTİN  adından edilir və NOTARİUS  adlanan  şəxs  ( məsələn, Hacıqabulda RUSLAN ) bu sahənin peşəkarı olmalıdır. 
Yəni  ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər. 
Bəs kimlər NOTARİUS  ola bilməz ? 
NOTARİUS işlədiyi dövrdə  heç bir partiyanın üzvü ola bilməz….
Heç bir biznes fəaliyyəti ilə məşğul ola bilməz…
İkili vətəndaşlığı ola bilməz…
Siyahı çox uzundur  və davam etdirməyə ehtiyac görmürük. 
İndi görək,  Hacıqabulda  notarius olan Ruslan Səfərov  bu meyarlardan hansı  birinə cavab verə bilir ? 
Demək olar ki, heç birinə….
Bu adam  demək olar ki,  Hacıqabul notariat kantorunu bazara çevirib. 
Belə bir adamın DÖVLƏTİN ADINDAN MÖHÜR vurmağa  haqqı ola bilməz. 
Belə ki, Ruslan Səfərov Hüseyn Cəfərovun adına  olan OPEL  avtomobilini  əlində heç qanuni sənəd olmadan başqa bir şəxsə alqı-satqı edərək  12 min manat pulu mənimsəyib. 
Daha dəqiq desək, Cəfərov  Hüseyn Yasdıxan  oğlu ona məxsus olan OPEL  avtomobilini  15 oktyabr   2021-ci il tarixdə  Bayramov Şahid  Şahin oğluna  ETİBARNAMƏ   əsasında 25 manata  icarəyə verib. 
Notarius  Ruslan Səfərov isə sürmək-idarə etmək üçün verilən  etibarnamə əsasında  Hüseyn  Cəfərova məxsus avtomobili başqasının adına  sənədləşdirərək  satdırıb, 7 min manat pul götürüb.  Yəni notarius Ruslan Səfərov  böyük cinayətə imza atıb. 
Təsəvvür edirsiniz ki, vətəndaşın şəxsi avtomobilini  Ruslan  satır, özü də DÖVLƏTİN adından, amma avtomobil sahibinin  xəbəri yoxdur. 
O bir məsələ var ee….oğlan evində toydur, qız evinin…
Bəli, belə əməllər Ruslanın birinci, ikinci işi deyil…
Hər dəfə də deyir ki,  Ədliyyə Nazirliyindəki dostlarım  uzağı  bir TÖHMƏTLƏ  canımı qurtaracaq. 
Bəli, vətəndaşın avtomobilini sat, 12 min qazan və  kağız üzərində boş töhmət  al …
Sözün qısası, Ruslan öz işindədir, kim kimədir  Hacıqabulda…
Bəs  görəsən, Ədliyyə Nazirliyinin rəhbərliyi bu barədə nə düşünür ?
Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz. 
Hətta araşdırma zamanı  dəlil kimi  Ruslan  Səfərovun səs-audio  yazısına da rast gəldik. 
Ruslan səs  yazısında avtomobilin həqiqi sahibi  Hüseyn Cəfərova deyir ki,  get  Şahid  Bayramovu tutdur, mən sənin  pulunu qaytaracam. 
Bir sözlə,  Hacıqabulda   Ruslan  Səfərov   əməlli-başlı  maklerlik edir.  
Cənab nazir, Siz nə düşünürsünüz, Ruslan barəsində…?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər