Cəmiyyət
18-02-2022, 13:18
1 533
"Allahdan möhlət istəyirəm ki..." - "Toppuş bacı"
Əməkdar artist Tünzalə Əliyeva "Xəbər-ətər" proqramına qonaq olub.
Xərçəngdən əziyyət çəkən aktrisa verilişdə övladından danışıb:
"Xəstəlik qoymadı yaxşı qalam, üzümdə qırışlar yarandı. 1973-cü il təvəllüdlüyəm. Rəbbimdən heç bir istəyim yoxdur. Bir balaca möhlət istəyirəm. Allah nə veribsə, şükür etmişəm. Bircə sağlam möhlət istəyirəm ki, körpəmi böyüdüm. Həyat yoldaşıma deyirəm ki, görəsən məni sevməyən var? O da deyir ki, təbii ki, istəməyənlər var. Zamanında Allahı sevməyən varsa, məni də sevməyənlər var. Sevənlərlə yaşayıram. Məni tamaşaçı duası, həkimlərin peşəkar baxışı və Allahım yaşadır".