DİN Manaf Ağayevin keçdiyi məntəqələrdə yoxlamaya başladı
18-02-2022, 15:38
7 237

DİN Manaf Ağayevin keçdiyi məntəqələrdə yoxlamaya başladı

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı azad edilmiş ərazilərdəki nəzarət keçid məntəqələrində xidməti yoxlama başlayıb.
Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, Manaf Ağayevin azad olunan əraziyə icazəsiz keçməsi ilə bağlı müğəninin daxil olduğu ərazilərdəki nəzarət postlarında xidməti yoxlama aparılır. Xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək".
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılandan sonra M.Ağayev və onun yanındakı iş adamı Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalardan sonra onların azad olunmuş ərazilərə qanunsuz yolla keçməsi müəyyən edilib.
 
Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.

Oxşar xəbərlər