AMEA prezidentinin səlahiyyətləri Arif Həşimova həvalə edildi - YENİLƏNİB
19-02-2022, 12:18
17 499

AMEA prezidentinin səlahiyyətləri Arif Həşimova həvalə edildi - YENİLƏNİB

AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunub.
Bu barədə AMEA-nın Ümumi yığıncağında razılıq əldə olunub.
***
11:58
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.
Toplantının gündəliyinə 1 məsələ daxil edilib.
Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.
AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir.

Oxşar xəbərlər