"Kapital Bank"ın BONUS-MONUS OYUNU - "Artıq bu neçənci dəfədir ki..."
23-02-2022, 11:03
2 062

"Kapital Bank"ın BONUS-MONUS OYUNU - "Artıq bu neçənci dəfədir ki..."

""Kapital Bank" hər dəfə öz məhsullarını reklam edəndə kəşbək, bonus ürək, umico bonus-dan elə ağız dolusu danışır ki, amma ödəniş edəndən sonra baxırsan ki ortada bonus-monus yoxdur". DİA.AZ xəbər verir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəşad Quliyev adlı istifadəçi qeyd edib.

"Kapital Bank"ın BONUS-MONUS OYUNU

Narazı vətəndaş gileyini belə davam edir: "Artıq bu neçənci dəfədir ki operatora yazıb minnətlə alıram bonusumu. Hələ utanmaz utanmaz səhv olduqlarını boyunlarına da almırlar. Ayın 3-ü etdiyim ödənişin bonusunu mən yazandan sonra balansa yükləyiblər, amma elə davranırlar ki sanki varıymış, mən görməmişəm..."

"Kapital Bank"ın BONUS-MONUS OYUNU

Oxşar xəbərlər