Cəmiyyət
23-02-2022, 18:32
7 370
"Qoluna 2 milyonluq saat taxanlar o pulu qaytarsalar, pensiyalar daha çox artar" - Hafiz Hacıyev
"Pensiyalar azdır. Biz heç pensiya da almırıq, hər şeydən məhrum olmuş insanlarıq".
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, son pensiya artımlarımdan narazılıqları dəstəkləyib:
"9-10 manat artımla heç nə olası deyil. Qoluna 2 milyonluq saat taxanlar o 2 milyonu versələr, 20-30 manat artım olardı. Düşünmək lazımdır. Bunlar milləti elə yerə qoyublar ki, beş-üç manatla ağıllarını kəsdirirlər.
Niyə pensiyalar artmamalıdır? Neftin qiyməti artıb, dünya bazarında100 dolları keçib, halbuki büdcədə 50 dollar idi. Ona görə də, düşünürəm ki, pensiyaları artırmaq lazımdır. Bu saat mağazalarda qiymətlər od tutub yanır. Bunu düşünmək lazımdır. 5-10 manatla nə etmək olar? Bu artımla təqaüdçü yaşaya bilməz axı. Onsuz da millət qırılır, bir də belə qırmasınlar.
Mən bundan narazıyam, çünki imkan var, pensiyalar artmalıdır, xalqın maddfi rifah halının yüksəlməsi üçün neftdən gələn gəlirdən xalqa da verilməlidir. Bu xalqı da düşünmək lazımdır”.
66 yaşlı partiya sədri özünün hələ pensiya almadığını bildirib:
"Mən özüm hələlik pensiya almıram. Düzdür, pensiya yaşıma çatmışam. Müəyyən bir müddət var, o müddətdən sonra baxacağıq”.
Yenisabah.az