Cəmiyyət
24-02-2022, 11:51
1 626
Xalqın və dövlətin mənafeyi naminə
Məlum olduğu kimi, fevralın 22-də Prezident İlham Əliyev Rusiyada rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra Layihələr ətrafında geniş müzakirələr aparan Azərbaycan və Rusiya prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.
Milli Məclisin deputatı Elman Nəsirov Bəyannamənin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fevralın 22-də Rusiya Prezidenti Vladimir Putinlə birgə imzaladığı Bəyannamə Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdı: “Biz strateji tərəfdaş idik. İndi isə münasibətlərin ən yüksək səviyyəsi olan müttəfiqlik səviyyəsindəyik. 43 bənddən ibarət olan bu sənədi, Azərbaycan Rusiya münasibətlərinin bundan sonra inkişaflı yol xəritəsi də adlandırmaq olar”.
Deputat onu da qeyd edib ki, ikitərəfli münasibətlərimizin elə bir sahəsi yoxdur ki, bu sənəddə öz əksini tapmasın: “Bu, həm siyasi dialoq sahəsi, həm iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət əlaqələri, elmi-texniki, parlamentlərarası, hərbi-texniki əməkdaşlıq məsələləri, həmçinin təhlükəsizlik sahəsində əlaqələrin inkişafı məsələləridir. Göründüyü kimi, çox önəmli məsələlər burada öz əksini tapıb. Onu da qeyd edim ki, əgər biz bu sənədin əhəmiyyətini araşdırsaq elə birinci bəndə diqqət yetirmək kifayətdir. Orada yazılır ki, hər iki dövlət- həm Rusiya, həm də Azərbaycan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını qəbul edir, dəstəkləyir və bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə hörmətlə yanaşırlar. Bildiyimiz kimi, bunlar çox önəmli məsələlərdir. Hesab edirəm ki, götürülmüş bütün bu öhdəliklər bundan sonra da Azərbaycanın təhlükəsizlik məsələləri üçün çox böyük məna və əhəmiyyət kəsb edəcək. Bu sənəddə həm Rusiya, həm də Azərbaycan 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 2021-ci ilin 26 noyabr tarixlərində imzalanmış üçtərəfli sənədlərə istinad edirlər. Xüsusilə də 10 noyabr sənədində nəzərdə tutulmuş bəndlərin icrasının həyata keçirilməsi ilə bağlı birgə səyləri ortaya qoyacaqlarını ifadə edirlər. Bu, o deməkdir ki, həmin sənəddə nəzərdə tutulmuş bəndlərdən hansı icra olunmursa bu müttəfiqlik səviyyəsində onların icrası üçün çox unikal və çox münbit şərait yaranır. Bunlardan biri də 10 Noyabr Bəyanatında Erməni Silahlı qüvvələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan bəndlərdir. Hesab edirəm ki, münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxması məhz bu dediyimiz məsələlərin həlli üçün yaxşı imkanlar yaradacaq”.
E. Nəsirov onu da diqqətə çatdırıb ki, ölkəmizin, dövlətimizin uğurlarını həzm edə bilməyənlər belə bir fikir səsəndirirlər ki, Putin SSRİ-ni bərpa etmək istəyir. Belə bir addımın atılması, müttəfiqlik Bəyannaməsinin imzalanması o yolda bir vəsilədir və bir addımdır: “Sözsüz ki, bu bir yanlış yanaşmadır. Əvvəla qeyd etdiyimiz kimi, Rusiya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Maraqlısı odur ki, belə olan halda hansı SSRİ-dən söhbət gedə bilər? Bu, qeyri-mümkündür. Hətta onu da səhv salırlar ki, Rusiya ilə Belarusun arasındakı münasibətlər ittifaq münasibətləri və ittifaq müqaviləsidir. Amma Azərbaycan ilə ittifaq müqaviləsi imzalamayıb, müttəfiqlik imzalayıb. Ona görə də bunları qarışıq salmaq düzgün deyil. Bu sənədin imzalanması ilə həm də postmüharibə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi üçün yaxşı imkanlar yarandı. Eyni zamanda, Ermənistan siyasi rəhbərliyi də bundan müəyyən nəticələr çıxaracaq. Bununla da görəcəklər ki, qarşısında Rusiya ilə müttəfiqlik münasibətlərində olan bir dövlət durub. Bildiyimiz kimi, Rusiyanın Ermənistana çox ciddi təsir imkanları var. Tənqidçilərin ən çox səsləndirdikləri fikirlər ondan ibarətdir ki, Rusiyanın qondarma Luqansk, Danetsk respublikalarının müstəqilliyini tanıması və belə bir vəziyyətdə Azərbaycanın Rusiya ilə müqavilə imzalaması Ukrayna ilə münasibətlərimizə xələl gətirə bilər. Sözsüz ki, bu da yanlış yanaşmadır. Əvvəla, haqqında bəhs olunan Bəyannamə yalnız Rusiya - Azərbaycan münasibətlərini özündə ehtiva edən bir sənəddir. Bu, üçüncü tərəfə qarşı yönəlməyib. Burada heç bir halda Ukraynadan söhbət getmir. Nəzərə alsaq ki, Rusiya Cənubi Osetiya və Abxaziya respublikasının da müstəqilliyini tanıyıb. Amma bu, heç bir halda bizim Gürcüstanla münasibətlərimizin korlanmasına gətirib çıxarmayıb. Əksinə bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bir sözlə, bütün bu cür yanaşmaların heç bir əsası yoxdur. Bir daha vurğulayıram ki, bu sənəd sırf Azərbaycan - Rusiya ikitərəfli münasibətlərinə dair məsələləri özündə ehtiva edir. Azərbaycanda ictimai - siyasi sabitliyin, təhlükəsizlik mühitinin, suverenliyimizi, ərazi bütövlüyümüzün qorunması və möhkəmləndirilməsi baxımından Rusiya tərəfi üzərinə öhdəliklər götürüb. Sözsüz ki, bu, bizim üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmlə də əməkdaşlıq etməsi üçün heç bir məhdudiyyətlər yaratmır. Çünki Azərbaycan dövləti və onun ali siyasi rəhbəri müstəqil və milli maraqlara söykənən siyasət həyata keçirir. Məhz Rusiya ilə imzalanmış sənəd də, orada əksini tapmış bəndlər də dediyimizi bir daha təsdiqləyir”.