“199 Azərbaycan vətəndaşı Ukraynanı tərk edib” - Nazir
25-02-2022, 13:02
1 812

“199 Azərbaycan vətəndaşı Ukraynanı tərk edib” - Nazir

“Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
Məlumata görə, dünən və bu gün ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk edib.
Bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur.

Oxşar xəbərlər