"Kapital Bank"dan öz müştərilərinə TƏLƏ... - NARAZILIQ VAR!
25-02-2022, 15:02
7 039

"Kapital Bank"dan öz müştərilərinə TƏLƏ... - NARAZILIQ VAR!

Son günlər Azərbaycanın bank sektoru ilə bağlı vətəndaş narazılıqları daha da artmaqdadır. Əslində mövcud durum dövlətin müvafiq qurumlarının bu sektorda köklü islahatlar aparılmasını zəruri edir. Amma görünəni odur ki, hələ də rəsmilər tələsmir... Əvəzində isə əziyyət çəkəni vətəndaşlar, sıradan insanlar olur.

DİA.AZ bildirir ki, barəsində ən çox şikayət olunan banklardan biri də "Kapital Bank"dır. Ölkənin bank sektorunda əhəmiyyətli paya və mövqeyə malik olan "Kapital Bank"ın digərlərinə pis nümunə olması isə yuxarıda qeyd etdiyimiz məqamı bir daha gündəmə gətirir. Yəni dövlətin müdaxilə zərurərtini...

Dia.az olaraq vətəndaşlardan birinin "Kapital Bank"dan növbəti şikayətini təqdim edirik.

"Kapital Bank"dan öz müştərilərinə TƏLƏ...

Nicat Cavanşir adlı istifadəçinin yazdıqlarından belə anlaşılır ki, "Kapital Bank"da indi də kreditlərin ödənməsində süni problemlər yaradılır ki, bununla da zərəri çəkən bank müştərisi olur. Yəni birbaşa ödəniş imkansız olanda, dolayı ödənişlə vətəndaşa əlavə pul ödətdirilir.

Nicat Cavanşir "Müştərinin Səsi" sosial qrupundakı gileyində qeyd edir:

"Kapital Bank ın öz saytından kredit ödəmək olmur. Yazır ki, serverlə əlaqə yaratmaq olmur.

Ancaq gedirsən Hesab.az dan komissiyanı ödəyirsən, kreditini də ödəyirsən... anında oturur bank hesabina. Bu necə olur?"

Oxşar xəbərlər