"Azəriqaz" vətəndaşın CİBİNƏ GİRİR - GİLEY
26-02-2022, 10:44
1 346

"Azəriqaz" vətəndaşın CİBİNƏ GİRİR - GİLEY

"Şikayətim Azəriqaz İB-dəndir. 24 yanvar2022-ci ildə mənzildəki qaz sayğacı işləmədiyinə görə dəyişdirilmişdir (Akt No 6513689). Sayğacın dəyişdirilməsi zamanı köhnə sayğacın üzərində 3504 m3 qaz olub və aktlaşdırılıb". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Murad Abdullayev adlı istifadəçi giley edir.

"Azəriqaz" vətəndaşın CİBİNƏ GİRİR

Daha sonra narazı vətəndaş yazır: "25 yanvar 2022-ci ildə 1 saylı ASAN Komunala müraciət edərək 3504 m3 qazı yeni karta yükləməyi xahiş etmişəm. Əvəzində isə karta 350 manat 40 qəpik məbləğində qaz həcmi yükləyiblər, yani 2232 m3. Nəticədə 1272 m3 qaz kəsir qalıb. Mən ASAN Komunal əməkdaşına etirazımı bildirdikdə cavab olaraq bizə belə göstəriş veriblər dedi. Mən bir sənəd tələb edərkən, şifahi göstərişdir gedin hara istəyirsiniz şikayət edin dedi. 26 yanvar 2022-ci il tarixində Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinə şikayət etmişəm (No A-585). Bir ay vaxt keçməsinə baxmayaraq şikayətimə heç bir cavab verilməyib. Vətəndaşların əmlakının talanmasına kim göstəriş verib - bunu bilmək lazımdır. Şikayətimizə müsbət cavab verilməsə Prezident Aparatına müraciət edəcəyik".

"Azəriqaz" vətəndaşın CİBİNƏ GİRİR
"Azəriqaz" vətəndaşın CİBİNƏ GİRİR

Oxşar xəbərlər