"İlham Əliyev və Ərdoğan Rusiya ilə danışıqların təşkilini təklif ediblər" - Zelenski
27-02-2022, 10:31
9 837

"İlham Əliyev və Ərdoğan Rusiya ilə danışıqların təşkilini təklif ediblər" - Zelenski

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər".
Türkiyə  KİV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə müraciətində deyib.

O,  həmçinin ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacağını qeyd edib. 
"Biz layiqli cavab veririk. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, - Zelenski bildirib.

Oxşar xəbərlər