“Üçüncü dünya müharibəsi başlayıb” - Deputatdan AÇIQLAMA
28-02-2022, 12:27
2 143

“Üçüncü dünya müharibəsi başlayıb” - Deputatdan AÇIQLAMA

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Ukrayna Avropa İttifaqına daxil olmalıdır. Ukraynanın Avropa İttifaqına daxil olması Ukrayna-Rusiya müharibəsinə hansı təsirləri göstərə bilər?
Milli Məclisin Beynəlxalq münasisibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olunması onun mövqelərini güclədnirə bilər: “Fevral ayının 24-dən Ukrayna-Rusiya müharibəsi davam etməkdədir. ABŞ prezidenti Co Bayden bildirdi ki, Ukrayna-Rusiya müharibəsi başlansa iki variant görünür; ya üçüncü dünya müharibəsi, ya da Rusiyaya ağır sanksiyaların tətbiqi. Hadisələrin gedişi onu göstərir ki, üçüncü dünya müharibəsi başlayıb”.
Deputat bildirib ki, lakin bu müharibə ilk növbədə iqtisadiyyatda, siyasi məsələlərdə, informasiya və diplomatiya cəbhəsindədir: “Bu cəbhələrdə sözün əsl mənasında üçüncü dünya müharibəsi başlayıb. Dünyamız İkinci dünya müharibəsindən sonra, indiki qədər təhlükədə olmayıb. Bu reallıqda Ukraynaya dəstək verən Qərb ölkələri, ABŞ, NATO və digər müttəfiqləri onun xilası naminə ilk növbədə hərbi yardım həyata keçirirlər, informasiya və diplomatiya cəbhəsində dəstək verirlər. Belə dəstəklərdən biri də Ukraynanın Avropa İttifaqına daxil edilməsi ilə bağlı fikirlərin irəli sürülməsidir. Ukraynanın Avropa İttifaqına daxil olunması onun mövqelərini güclədnirə bilər”.
E.Nəsirovun sözlərinə görə, məhz Ukraynanın NATO-ya daxilolma niyyəti, Rusiyanın məlum hərəkətlərini intensivləşdirdi: “Rusiya tamamilə bunun əleyhinədir və hesab edir ki, Ukraynanın NATO-ya daxil olması bu iki dövlət arasında müharibənin, əslində isə üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Ukraynanın Avropa İttifaqına daxil olması məsəsləində isə Rusiyanın kəskin mövqedə dayandığı diqqəti cəlb etmir. Çünki Avropa İttifaqı iqtisadi təşkilatdır”.
Deputata görə, proseslərin təhlili onu göstərir ki, Ukraynanın mövqeyini kifayət qədər gücləndirə biləcək addım onun məhz NATO-nun üzvü olması ola bilərdi: “Rusiya tərəfi də bütün bu reallıqları nəzərə alıb, artıq müharibəyə başlayıb. Artıq Ukraynanın NATO-ya üzv olmaq məsləsi qeyri-real görsənir. Onun Avropa İttifaqına üzv olması isə hazırda düşdüyü vəziyyətdən xilas yolu kimi diqqəti cəlb etmir. Yeganə xilas yolu NATO-ya üzvlük ola bilərdi, bu perspektiv isə məlum prosseslər fonunda görünmür”.

Oxşar xəbərlər