Daha 176 Azərbaycan vətəndaşı Bakıya gətirildi
1-03-2022, 12:03
1 970

Daha 176 Azərbaycan vətəndaşı Bakıya gətirildi

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya keçmiş 176 Azərbaycan vətəndaşı çarter reysi ilə Bakıya gətirilib.

Onları gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Qeyd edək ki, bundan öncə Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş 168 Azərbaycan vətəndaşı təyyarə ilə Bakıya gətirilmişdi.

Oxşar xəbərlər