Müdafiə Nazirliyinin generalı həbs olundu - 80 milyon mənimsəməyə görə...
3-03-2022, 11:42
1 746

Müdafiə Nazirliyinin generalı həbs olundu - 80 milyon mənimsəməyə görə...

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.
APA xəbər verir ki, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.

Oxşar xəbərlər