Azərbaycanlı professorun Kiyevdə oğluna aldığı ev bombalandı
3-03-2022, 12:12
1 667

Azərbaycanlı professorun Kiyevdə oğluna aldığı ev bombalandı

“Dünən Kiyevdə evimizə yaxın ərazidə partlayış oldu”.
Bu sözləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Dnepr vilayəti üzrə regional bölməsinin rəhbəri, professor Eldar Tağıyev şəxsi “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, oğluna aldığı ev bombalanıb:
“Kiyevə yaxın ən gözəl yer İrpendir. 2 il idi ki, oğluma aldığımız evin tikilib qurtarmasını gözləyirdik. Həmin ev bombalandı. Dünən Kiyevdəki evimizə yaxın ərazilərdə də partlayışlar oldu. Hava həyacanı da ara vermir. Buna baxmayaraq, gecəni evdə keçirdik”.
E.Tağıyev sona qədər mübarizə aparacaqlarını qeyd edib:
“Ukraynanı tərk etmiyəcəm. Ukrayna vətəndaşıyam. 2 oğlum və mən qalmışıq. Yoldaşım müharibədən 1 ay əvvəl Bakıda idi. 2 il idi ki, pandemiya səbəbindən gedə bilmirdi. Yaxşı ki, o və digər oğlum Bakıdadır”.

Oxşar xəbərlər