ABŞ Konqresində “artsax dərdləri” və anti-Azərbaycan müzakirələri
4-03-2022, 11:15
1 482

ABŞ Konqresində “artsax dərdləri” və anti-Azərbaycan müzakirələri

Deputat: “Onlar ABŞ-ın regional siyasətinə zərbə vururlar”

Bütün dünyanın diqqətinin Ukraynada baş verənlərə yönəldiyi bir dövrdə ABŞ Konqresindəki ermənipərəst konqresmenlər erməni separatizminə haqq qazandırmaq üçün yenidən fəallaşıblar.
Sumqayıt hadisələrinin 34-cü ildönümü fonunda ermənipərəst konqresmenlər yenidən “buynuz göstərməyə” başlayıblar. Uydururlar ki, Vətən müharibəsi və ondan sonrakı proseslər guya etnik ermənilərin yox edilməsinin davamıdır.
Bu arada Konqresdəki ermənipərəst konqresmenlər bəyanatla çıxış ediblər. Bəyanatda iddia ediblər ki, guya Azərbaycan dövlət himayəsi altında Ermənistan və “artsax”a qarşı zorakılıq siyasətini davam etdirir: “Erməni əsgərləri qanunsuz olaraq həbs və işgəncələrə məruz qalmaqda davam edir, minlərlə dinc sakin təhlükə altındadır. Erməni mənəvi və mədəniyyət abidələri Azərbaycanın nəzarətinə keçib və daim təhlükə altındadır. Biz qalan erməni hərbi əsirlərin və əsir götürülmüş mülki şəxslərin qeyd-şərtsiz azad edilməsinə çağırış etməyi dayandırmamalı, ABŞ-ın mövcud rejimə yardımını dayandırması və azad, müstəqil “artsax”da demokratiyanı dəstəkləmək üçün daha çox işlər görməliyik".
Bununla onlar separatizmi açıq formada dəstəkləməklə yanaşı, qarşıdurmanı yenidən alovlandırmaq məqsədi güdürlər. Bütün bunlar isə onu göstərir ki, sözügedən konqresmenlər Qarabağ tənzimləməsinin dinc yolla həyata keçirilməsində, regionda kommunikasiya xətlərinin açılmasında maraqlı deyillər.
Elman Nəsirov: "Allah belələrinin cəzasını versin" » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
 Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, bu gün bütün dünyanın nəbzi Ukraynada döyünür və Rusiya-Ukrayna müharibəsi, bu kontekstdə Rusiya-Qərb qarşıdurması özünün pik nöqtəsinə çatır: “Məntiqlə düşünmək olardı ki, bu gün ABŞ konqresmenlərini ən çox narahat eləyən məhz bu məsələ olmalıdır və konqresmenlər Üçüncü Dünya müharibəsinin baş verməməsi, barışığın əldə edilməsi üçün fəal hərəkətlərə keçəcəklər. Amma təəssüf ki, biz bunu görmürük. Konqresin ermənipərəst deputatları yenə də öz oyunlarını oynayırlar. Onlar üçün ilk növbədə öz şəxsi maraqları öndədir. Həmin konqresmenlər hətta ABŞ-ın maraqlarını da kənara qoyub cılız Ermənistanın maraqlarını, erməni lobbisinin maraqlarını müdafiə etməyə başlayıblar. Erməni lobbisinin üzvü olan və ya əlaltısı olan həmin konqresmenlərin Azərbaycana qarşı həmin bəyanatlarının məzmunu absurddur. Qərəz və absurd o həddədir ki, Azərbaycanı 44 günlük müharibədə erməni xalqını yer üzündən silməyə çalışmaqda ittiham edirlər. Müharibə Azərbaycan ərazisində gedirdi, hərbi əməliyyatlar işğalçı Ermənistan ordusuna və separatçı silahlı erməni quldur dəstələrinə qarşı aparılırdı. Bu müharibədə heç bir mülki erməni öldürülməyib. Bunu bütün dünya bilir. Bunu Ermənistan da yaxşı bilir”.
Deputatın sözlərinə görə, erməni lobbisi və ermənipərəst konqresmenlər ABŞ siyasi rəhbərliyinin başının Ukraynaya qarışdığı vaxtda öz planlarını hansısa formada həyata keçirmək istəyirlər. Bəzi konqresmenlər isə qarşıdan gələn seçkilərdə varlı erməni seçicilərinin dəstəyini qazanmaq üçün bu cür çirkin oyunda iştirak edirlər: “Onlar əslində bu siyasətləri ilə ABŞ-ın regiona siyasətinə zərbə vururlar. ABŞ siyasi rəhbərliyinin və bütövlükdə Konqresin bir qrup şəxsi mənafeyini güdən konqresmenlərin istəyini yerinə yetirməyəcəyi bəllidir. Yəni həmin adamların Azərbaycana qarşı fəaliyyətinin nəticəsi olmayacaq”.

Oxşar xəbərlər