Cəmiyyət
14-09-2020, 17:41
200
Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 89,7 min ton ilkin formalarda polietilen ixrac edib.
Moderator.az -ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 58,2 milyon ABŞ dolları təşkil edib.
8 ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,05% olub.
Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilenin istehsalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilenin istehsalı isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda həyata keçirilir.